ABŞ Antiterror Mərkəzinin rəhbərindən ŞOK AÇIQLAMA - "İran və “Hizbullah” Azərbaycanda teraktlar hazırlayırdı"
"İranın "Hizbullah”dan olan partnyorları son bir neçə il ərzində regionda sabitlik yaradılmasına imkan verməmək niyyətlərini nümayiş etdirir, özlərinin minlərlə yaraqlısını Bəşər Əsəd rejimi tərəfində vuruşmaqdan ötrü Suriyaya yollayır, İraqda və Yəməndəki terror qruplaşmalarına silah verərək onların döyüşçülərini terror aktlarının həyata keçirilməsinə şərait yaratmaq məqsədilə Azərbaycana, Misirə, Tailanda, Kiprə və Peruya göndərir”.
Belə sensasiyalı bəyanatla dünən ABŞ Milli Antiterror Mərkəzinin (MAM) direktoru Nikolas Rasmussen çıxış edib.
Qeyd edək ki, Milli Antiterror Mərkəzi ABŞ Milli Kəşfiyyatı direktoru aparatının strukturuna daxildir.
N.Rasmussen ABŞ Konqresinin hökumət müəssisələrinin işləri üzrə Senat Komitəsində milli təhlükəsizlik və terror təhlükələri məsələlərinə həsr edilmiş dinləmələrdə çıxış edib. Bu dinləmələr çərçivəsində Komitə üzvləri arasında Rasmussenin senatorlar tərəfindən ona qabaqcadan göndərilmiş suallara yazı cavabları da yayılıb.
"İran bütün Yaxın Şərq üzrə maliyyə köməyi göstərməklə, müasir silahlar verməklə və terror əməliyyatlarının keçirilməsi taktikasını öyrətməklə terrorizmin əsas sponsoru olaraq qalır. Bununla paralel olaraq, İran bütün planet boyu özünün döyüşçülər şəbəkəsini yaradır", - deyə TASS MAM rəhbərinin öz sərəncamında olan cavablarına istinadən vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır