Silah anbarında dəhşətli partlayış: 30 min insan evakuasiya olundu
Ukrayna ordusuna məxsus silah-sursat anbarı partlayıb. Hadisə Vinnitsa vilayətinin Kalinovka qəsəbəsində baş verib.
Partlayış baş verən anbar ölkaənin ikinci ən böyük silah-sursat anbarı hesab olunur. Partlayış "Yaquar" adlı anbarda başlayan yanğından sonra baş verib. Anbardakı mərmilərin detonasiyası hələ də davam edir.
188 min tonluq hərbi ləvazimatın olduğu anbarda "Smerç", "Uraqan", "Qrad" kimi raketlər saxlanılır. Hadisə yerindən 50 km radiusda bütün uçuşlar dayandırılıb, 14 dəmiryolu qatarının marşurutu dəyişdirilib, ətrafdakı yaşayış məntəqələrindən 30 min insan evakuasiya olunub.
Hələlik hadisənin dəqiq səbəbi bilinmir. Amma ilkin versiyanın təxribat olduğu bildirilir. Məqsəd Ukraynanın müdafiə sisteminə ziyan vurmaq ola bilər.
Qeyd edək ki, mart ayında Xarkovun Balakleya rayonundakı ölkənin ən böyük silah-sursat anbarında yanğın baş vermişdi. Bir müddət əvvəl isə Mariupodakı silah-sursat anbarı yanmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır