Rusiya Facebook-a şərt qoydu - Əməl etməsə bağlanacaq
Facebook sosial şəbəkəsi bütün Rusiya ərazisində bloklana bilər.
Rusiya KİV-nə istinadən xəbər veririk ki, əgər şirkət rusların bütün şəxsi məlumatlarının Rusiya ərazisində saxlanılması ilə bağlı qanuna əməl etməkdən imtina edərsə sosial şəbəkənin fəaliyyətinə qadağa qoyulacaq.
Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə Federal Xidmətin rəhbəri Aleksandr Jarov bəyan edib ki, əgər facebook müəyyən edilmiş son vaxta - 2018-ci ilə kimi yola gəlməzsə, şəbəkəyə giriş dayandırılacaq:
“Qanun hər kəs üçün vacibdir. İstənilən halda biz ya qanunun həyata keçirilməsinə nail olacağıq, ya da şirkət Rusiya Federasiyası ərazisində fəaliyyətini dayandıracaq. Necə ki, təəssüflər olsun ki bu, Linkedln-lə baş vermişdi. Burada istisna yoxdur.
Biz başa düşürük ki, Facebook Rusiya ərazisində əhəmiyyətli sayda istifadəçiyə sahibdir, digər tərəfdən isə başa düşürük ki, bu, unikal xidmət deyil. Başqa sosial şəbəkələr də var”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?