Putin və Tramp görüşəcək
Bu ilin sonunda ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək
Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, görüş Asiya-Sakit okeanı iqtisadi forumunun Vyetnamda keçirilməsi planlaşdırılan iclası zamanı baş tutacaq.
Lavrov qeyd edib ki, bu görüş çox böyük əhəmiyyətə malikdir.
Bu arada Lavrov ABŞ-ın Suriyadakı varlığı məsələsində də toxunub: “Tillersonla görüşdə ABŞ-ın Suriyada fəaliyyəti məsələsini müzakirə etdik. Dövlət katibinə xatırlatdım ki, amerikalı əsgərlə Suriyada “çağırılmamış qonaq”dır. Buna baxmayaraq, Rusiya terrorla mübarizədə ABŞ-a əməkdaşlığa hazırdır”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır