Meksika ölü sayı 248-ə çatıb - 30 il sonra eyni gündə...
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı dayanmadan artır.
Ölkənin xilasetmə xidmətinin rəhbəri Luis Felipe Puente daha əvvəl ölənlərin 150 nəfər olduğunu açıqlasa da, artıq bu rəqəmin 248-ə çatdığını deyib. Hər saat itkinin artığını qeyd edən Puente ən çox itkinin Mexikoda (117 nəfər ) olduğunu bildirib. Onun sözlərinə görə, ölənlərin 72 nəfəri Morelos ştatı, 43-ü Puebla, 12-si Edomeks, 3 nəfər Herroro, 1 isə Oaxaka bölgəsindəndir.
Xarici KİV-lərdə yer alan xəbərlərdə qeyd edilir ki, Mexiko ştatında ölənlərin 21-i uşaqdır. Onlar məktəbin çökməsi zamanı dağıntılar altında qalıblar.
Qeyd edək ki, dünənki yeraltı təkanlar Meksika təqvimində eyni tarixdə baş vermiş 2-ci dağıdıcı zəlzələdir. Belə ki, daha əvvəl 8 bal gücündə zəlzələ məhz sentyabrın 19-u 1985-ci ildə qeydə alınmışdı. Həmin təkanlar zamanı 150 nəfər dünyasını dəyişmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır