Borca görə maşını əlindən alındı - AST Telmana daha bir şok
“Mardan Palace”ın sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxanın 2 milyon dəyərindəki Rolls-Royce markalı avtomobili bir şirkət tərəfindən müsadirə edilib.Türkiyə KİV-nə istinadən xəbər veririk ki, iş adamının oğlunun 465 min lirə borcu qarşılığında maşına müsadirə qərarı çıxarılıb.
Həmin avtomobildə otelin açılışı zamanı Monika Belluçu, Şakira, Paris Hilton kimi məşhurlar əyləşiblər.
Məşhur otelin baş direktoru Selçuk Şentepe də borcları ilə əlaqədar olaraq çətin günlər yaşadıqlarını etiraf edib.
Şentepe həmçinin bildirib ki, “Mardan Palace”ın sahibi Türkiyə 1,5 milyard dollar sərmayə qoyub, qarşılığı bu olmamalı idi: “Maşını müsadirə edildi” başlığı ilə gündəmə gəlməməli idilər”.
Xatırladaq ki, ötən gün Rusiyada hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı Telman İsmayılova aid 12 ünvanda axtarış aparıblar. 


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır