BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

Azərbaycan BMT qarşısındakı müntəzəm büdcə öhdəliklərini vaxtında yerinə yetirən ölkələr sırasına daxil olub.
2026-cı il mayın 28-nə olan məlumata görə, ümumilikdə 111 üzv ölkə BMT-nin müntəzəm büdcəsinə nəzərdə tutulan ödənişləri tam həyata keçirib.
BMT-nin açıqladığı siyahıya əsasən, Azərbaycan ödənişi müəyyən olunmuş müddətdə edən 55 ölkə arasında yer alıb.
Məlumata görə, Azərbaycanın BMT-nin müntəzəm büdcəsinə ödədiyi məbləğ 1 milyon 81 min 698 ABŞ dolları təşkil edib. Son ödəniş 2026-cı il yanvarın 22-də həyata keçirilib.
Vaxtında ödəniş edən ölkələr sırasında Almaniya, Böyük Britaniya, Kanada, Avstraliya, Polşa, Qazaxıstan və digər dövlətlər də yer alıb.
Siyahıda ən yüksək ödənişlərdən biri Almaniyaya məxsus olub - 182,2 milyon dollar. Böyük Britaniya 127,9 milyon, Kanada isə 81,4 milyon dollar ödəyib.
Qeyd edək ki, BMT-nin müntəzəm büdcəsi təşkilatın əsas fəaliyyət istiqamətlərinin, proqramlarının və inzibati xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur. XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub