XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Əli Nikzad: ABŞ ilə danışıqlarda əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır

Əli Nikzad: ABŞ ilə danışıqlarda əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır

Əli Nikzad: ABŞ ilə danışıqlarda əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır
3-05-2026, 16:00

İranın ABŞ ilə danışıqlarda əsas şərtlərindən biri Livana hücumların tamamilə dayandırılmasıdır.

 ISNA xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.

"Ölkənin istənilən danışıqlar üçün şərti aydındır - bu, Livana qarşı təcavüzün tamamilə dayandırılmasına zəmanət verilməsidir", - o bildirib və əlavə edib ki, İran ilə Livanın cəbhəsi birdir.

Əli Nikzadın sözlərinə görə, Hörmüz boğazının bağlanması livanlılar üçün sülh və əmin-amanlığa nail olmaq məqsədilə edilib:

"Hörmüz boğazına nəzarət İranın hüququ və qırmızı xəttidir. İran bu məsələ ilə bağlı region ölkələri ilə razılığa gələcək".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.