KİV: ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır
ABŞ və İran arasında artan gərginlik Avropa İttifaqı üçün iqtisadi şokdan siyasi böhrana keçid riski yaradır.
“Politico” nəşrinin məlumatına görə, enerji qiymətlərinin artması və iqtisadi artımın zəifləməsi fonunda Avropa ölkələri ciddi çətinliklərlə üz-üzə qalır. Ekspertlər bildirir ki, enerji xərclərinin artması ərzaq, nəqliyyat və mənzil qiymətlərinə də təsir göstərərək xüsusilə orta və aşağı gəlirli əhali üçün ağır nəticələr doğurur.
Avropa İqtisadi və Sosial Komitəsinin rəhbəri Şeymus Boland qeyd edib ki, bu vəziyyət hökumətlərə və ümumilikdə Avropa institutlarına inamı zəiflədir və proteksionist siyasətlərin güclənməsinə zəmin yaradır.
Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis isə bildirib ki, Hörmüz boğazında yaranan problemlərin təsiri artıq bütün iqtisadiyyata yayılır. Onun sözlərinə görə, Aİ ölkələrinin büdcə imkanları əvvəlki böhranlarla müqayisədə daha məhduddur və region “stagflyasiya” – yüksək inflyasiya və zəif iqtisadi artım riski ilə üzləşə bilər.
Son proqnozlara əsasən, enerji qiymətləri yüksək qalarsa, Aİ iqtisadiyyatının artımı əhəmiyyətli dərəcədə zəifləyəcək, inflyasiya isə daha da yüksələcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır