Rubio Vaşinqtonda İsrail–Livan danışıqlarına qatılacaq
ABŞ dövlət katibi Marko Rubio bu gün Vaşinqtonda İsrail və Livan səfirləri arasında birbaşa danışıqlara ev sahibliyi edəcək.
Bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamentində baş tutacaq görüşdə İsrail səfiri Yeçiel Leiter və Livan səfiri Nada Hamadeh Moavad iştirak edəcək.
Mənbələrin bildirdiyinə görə, görüşdə əsas diqqət atəşkəs imkanlarına, uzunmüddətli perspektivdə “Hizbullah”ın tərksilah edilməsi məsələsinə və tərəflər arasında mümkün sülh razılaşmasına yönələcək.
Danışıqlar İsrail ilə “Hizbullah” arasında davam edən hərbi qarşıdurma və İsrailin Livanın cənubunda genişmiqyaslı quru əməliyyatları fonunda keçirilir.
ABŞ rəsmisi bildirib ki, bu, 1993-cü ildən bəri İsrail və Livan arasında keçirilən ilk açıq və yüksək səviyyəli birbaşa diplomatik danışıqlardır.
Eyni zamanda, “Hizbullah” lideri Naim Qasım danışıqları başlamazdan əvvəl “faydasız” adlandırıb və onun ləğvinə çağırıb.
ABŞ tərəfi vurğulayıb ki, bu proses İsrailin şimal sərhədlərinin uzunmüddətli təhlükəsizliyini təmin etmək və Livanın öz ərazi bütövlüyü üzərində tam suverenliyini bərpa etməsinə dəstək vermək məqsədi daşıyır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır