Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür
Bu gün Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.
1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Qaqarin "Vostok-1" kosmik gəmisi ilə kosmosa uçan ilk insan olaraq tarixə düşüb.
Ümumilikdə 1 saat 48 dəqiqə davam edən bu tarixi uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib.
SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə bu gün - 12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunmağa başlanıb.
Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncamla ölkədə kosmik sənayenin yaradılması prosesi rəsmi olaraq başlanılıb. Bu məqsədlə 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis olunub və Azərbaycanın ilk telekommunikasiya peyki -"Azerspace-1" 2013-cü ildə orbitə buraxılıb. Bu hadisə Azərbaycanın "kosmik klub" adlandırılan peyk sahibi ölkələr sırasına qoşulmasını təmin edib.
2014-cü ildə "Azersky" adlı Yerin müşahidə peyki orbitə buraxılıb. 2018-ci ildə isə daha güclü və texnoloji imkanlara malik "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxıb. Bu peyklər Azərbaycanın təkcə regionda deyil, beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi və kommunikasiya xidmətlərinin müstəqil təminatçısına çevrilməsinə şərait yaradıb. Hazırda bu peyklər vasitəsilə teleradio yayımı, yüksəksürətli internet, fövqəladə hallarda rabitə dəstəyi və bir çox digər xidmətlər həyata keçirilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır