"Xatəm əl-Ənbiya": ABŞ ordusu F-35 qırıcısının pilotunu xilas edə bilməyib
ABŞ-nin İranda vurulan F-35 qırıcı təyyarəsinin pilotunun xilaetmə əməliyyatı uğursuz olub.
Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahına istinadən "Fars" Xəbər Agentliyi məlumat yayıb.
"Düşmənin vurulmuş qırıcı təyyarəsinin pilotunu xilas etmək üçün etdiyi cəhdlərin qarşısı alınıb", - məlumatda bildirilib.
Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Ordusu ABŞ-nin xilasetmə əməliyyatlarına mane olub:
"Düşmənin İsfahanın cənubundakı hava vasitələri, o cümlədən iki "Black Hawk" helikopteri və bir C130 hərbi nəqliyyat təyyarəsi hədəfə alınaraq vurulub".
Qeyd edək ki, aprelin 3-də İranın yeni hava hücumundan müdafiə sistemi aprelin 3-də ABŞ ilə İsrailin üç təyyarəsini və iki helikopterini hədəf alıb. Məlumata görə, F-35 qırıcısı, iki A-10 təyyarəsi və daha iki "Black Hawk" helikopteri vurulub.
Bildirilib ki, ABŞ-nin iki "Black Hawk" helikopteri İranın dağlıq ərazisində yaşayan tayfalar tərəfindən zərərsizləşdirilib.
ABŞ Prezidenti Donald Tramp isə İranda vurulan F-15 qırıcı təyyarəsinin ekipaj üzvlərinin xilas edildiyini bəyan edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır