SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsini təkzib edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsi olmadığını bildirib.
Bu barədə SEPAH-ın bəyanatında bildirilib.
Məlumata görə, İran bu hadisəni pisləyir və İran silahlı qüvvələrinin ünvanına səsləndirilən ittihamları əsassız hesab edir.
Daha əvvəl "Wall Street Journal" xəbər vermişdi ki, martın 3-də İranın pilotsuz uçuş aparatları ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinə hücum edib. Nəşrin məlumatına görə, iki dron Ər-Riyadın hava hücumundan müdafiə sistemlərindən yan keçərək kompleksin ərazisinə daxil olub və təxminən 12 saat davam edən yanğına səbəb olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır