Əhməd əş-Şəraa: Suriya regional münaqişəyə cəlb olunmaqdan qaçmağa çalışır
Suriya Prezidenti Əhməd əş-Şəraa Yaxın Şərqdəki müharibə fonunda ölkəni münaqişədən qorumaq istəyini bəyan edib.
O bu barədə Dəməşqdəki prezident sarayında çıxışında bildirib.
"Biz addımlarımızı son dərəcə dəqiqliklə hesablayırıq və Suriyanı hər hansı münaqişədən qorumaq üzərində işləyirik. Suriya son 15 il və hətta daha çox müddət ərzində həmişə münaqişələr və ixtilaflar meydanı olub, lakin bu gün o, regional və beynəlxalq səviyyələrdə bütün qonşu ölkələrlə harmoniya içindədir", - Suriya Prezidenti qeyd edib.
O əlavə edib ki, Suriya ərəb dövlətləri ilə tam həmrəylik nümayiş etdirir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır