Türkiyədə ailə faciəsi - Hamilə ana və 5 uşağı yanaraq öldü
Türkiyənin Antalya vilayətində səhər saatlarında baş verən dəhşətli yanğın 6 nəfərin həyatına son qoyub.
İstixana təsərrüfatında çalışan əcnəbi işçilərin qaldığı konteynerlərdə baş verib.
Yanğın nəticəsində eyni ailədən olan 26 yaşlı ana və onun yaşları 4-9 arasında dəyişən 5 uşağı həlak olub. Məlumata görə, həlak olan ana 7 aylıq hamilə imiş.
Qeyd olunub ki, faciə zamanı daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır olaraq qalır, digərlərinin müalicəsi davam etdirilir. İlkin ehtimala görə, yanğına söndürülməmiş manqal səbəb ola bilər.
Faktla bağlı açılan cinayət işi çərçivəsində artıq 3 nəfər saxlanılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır