Qrossi və Əraqçi danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar
İranın xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi arasında telefon danışığı olub.
Tərəflər İran və ABŞ arasında dolayı danışıqlarla bağlı son hadisələri müzakirə ediblər.
Bu kontekstdə Əraqçi və Qrossi İranın nüvə proqramı üzrə danışıqların irəliləməsi üçün dialoqun vacibliyini vurğulayıblar.
"Tərəflər həmçinin konstruktiv əməkdaşlığın və möhkəm qarşılıqlı anlaşmaya nail olunmasının vacibliyini qabardıblar", - məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların ikinci raundu keçirilib. "Tərəflər ümumilikdə bir sıra baza prinsiplərini razılaşdırıblar və mümkün sazişin mətni üzərində işləməyə başlamaq niyyətindədirlər" , - Əraqçi bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır