Netanyahu İsraildə iki yeni beynəlxalq hava limanı tikmək planlarını açıqlayıb
İsrail hökuməti cənubda və şimalda iki yeni beynəlxalq hava limanının tikilməsi planlarını təsdiqləyib.
Baş nazir Benyamin Netanyahu bu barədə həftəlik kabinet iclasında bildirib.
Cənub hava limanının Beer-Şeva şəhərindən təxminən 10 kilometr şimal-qərbdə, Siklaq bölgəsindəki Neqev səhrasında tikintisi planlaşdırılır. Netanyahu layihənin regionun inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyini, iş yerlərinin yaradılmasını asanlaşdıracağını, nəqliyyatın əlçatanlığının yaxşılaşdırılacağını və turizm sektorunun inkişaf edəcəyini bildirib.
O qeyd edib ki, layihənin həyata keçirilməsi yol və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də əlaqəli biznesin yaranması ilə müşayiət olunacaq. Netanyahunun sözlərinə görə, oxşar effektlər İsrail də daxil olmaqla dünyanın bir çox ölkəsində müşahidə olunur.
Ölkənin şimalında yeni hava limanı İsrail Hərbi Hava Qüvvələrinin bazasının yerləşdiyi Qalileyada yerləşən Ramat-David şəhəri üçün planlaşdırılır. Baş nazir vurğulayıb ki, bu, xaricə səyahət edən turistlərin və İsrail vətəndaşlarının artan tələbatını ödəməyə kömək edəcək.
Netanyahu əlavə edib ki, hər iki layihə paralel olaraq və mümkün qədər tez həyata keçiriləcək. Baş nazir onları həm şimalda, həm də cənubda dövlət üçün "artım mühərrikləri" adlandırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır