Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür
Estoniyanın Gürcüstanda və Ermənistanda akkreditə olunmuş səfiri Marqe Mardisala-Kaxarın Tbilisidəki fəaliyyəti dayandırılır.
Bu barədə qərarı Estoniyanın Xarici İşlər Nazirliyi (XİN) qəbul edib.
Qərara əsasən, bu vaxta qədər iqamətgahı Tbilisidə yerləşmiş səfir mart ayından etibarən İrəvanda fəaliyyət göstərəcək.
Dəyişikliyin edilməsinin səbəbi Estoniya ilə Gürcüstan arasında münasiblətlərin soyuması, eyni zamanda Ermənistanla əlaqələrin möhkəmləndirilməsidir. Marqe Mardisala-Kaxar Gürcüstandakı missiyasını martın 10-da başa çatdıracaq.
Yeni səfir təyin olunana qədər Estoniyanın Gürcüstandakı səfirliyinə müvəqqəti işlər vəkili Gita Kalmet rəhbərlik edəcək. Estoniya XİN Gürcüstana yeni səfirin nə zaman təyin olunacağı barədə məlumat açıqlamayıb.
Qeyd edək ki, Estoniyanın Ermənistanda səfirliyinin açılması barədə qərar ötən ilin noyabrında qəbul olunub. Diplomatik nümayəndəliyin mart ayında açılacağı gözlənilir.
Estoniyanın Gürcüstandakı səfirliyi 2006-cı, Gürcüstanın Estoniyadakı səfirliyi isə 2007-ci ildə açılıb. Hazırda Gürcüstanın Estoniyada səfiri yoxdur.(APA)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır