Gürcüstanda yeni dövlət qurumu yaradılır
Gürcüstan hökumətinin qərarı ilə dövlət satınalmaları sahəsində yeni mərkəzi qurum fəaliyyətə başlayacaq.
Bu barədə hökumətin Səmərəlilik Departamentinin 2025-ci il üzrə fəaliyyət hesabatında məlumat verilib.
Məlumata görə, Mərkəzi Satınalma Orqanı müəyyən mal və xidmətlərin dövlət tərəfindən satın alınmasını müstəqil şəkildə həyata keçirəcək. Qurumun yaradılmasında əsas məqsəd dövlət vəsaitlərinin şəffaf, səmərəli və rasional xərclənməsini, həmçinin dövlət qurumlarının ehtiyaclarına vaxtında və effektiv cavab verilməsini təmin etməkdir.
Hesabatda qeyd olunur ki, yeni mandat çərçivəsində Mərkəzi Satınalma Orqanı mərkəzləşdirilmiş satınalmalar üzrə bağlanmış müqavilələrin monitorinqini də həyata keçirəcək. Qurumun illik satınalma həcminin təxminən 2 milyard lari təşkil edəcəyi gözlənilir.
Mərkəzi Satınalma Orqanının yaradılması Avropa İttifaqı ilə Assosiasiya Sazişi çərçivəsində Gürcüstanın üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq qəbul edilmiş "Dövlət Satınalmaları haqqında" Qanunda da nəzərdə tutulub. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır