Türkiyə PA: Bayrağımıza edilən hücumla bağlı hüquqi və inzibati tədbirlər görüləcək
Türkiyə bayrağına qarşı həyata keçirilən hücumla bağlı hüquqi və inzibati tədbirlərin görüləcəyi bildirilib.
APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, Nusaybin–Qamışlı sərhəd xəttində, Suriya tərəfindəki terror təşkilatı YPG tərəfdarları tərəfindən Türkiyə bayrağına qarşı həyata keçirilən hücumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sərt reaksiya verib.
Burhanəddin Duran açıqlamasında qeyd edib ki, sözügedən hücumla terrorsuz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq mərkəzlərin bir daha hərəkətə keçdiyi açıq şəkildə görünür:
“Türkiyə Respublikasının təhlükəsizliyinə yönələn hər bir təhdid və müqəddəs dəyərlərimizə qarşı edilən hər bir addım ən qətiyyətli şəkildə cavablandırılacaq”.
Burhanəddin Duran, baş verən hücumla bağlı məhkəmə və inzibati prosedurların başladılacağını da bildirib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub