İnternetə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağa çağırdı
“İnternetə tətbiq edilən məhdudiyyətlər mümkün qədər tez aradan qaldırılmalıdır”.
Bu bəyanatla İran Prezidenti Məsud Pezeşkian çıxış edib.
Dövlət başçısı həmçinin onlayn biznesin asanlaşdırılması və kommunikasiya məhdudiyyətlərinin azaldılmasının vacibliyini qeyd edib: “Bütün bunları nəzərə alaraq, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə internet məhdudiyyətlərinin mümkün qədər tez aradan qaldırılmasını tövsiyə etmişəm”.
İran Prezidenti son hadisələrlə əlaqədar saxlanılan şəxslərin işlərinə maksimum diqqətli və ədalətli baxılmasının hökumət üçün ən mühüm prioritet olduğunu vurğulayıb.
Qeyd edək ki, İranda yanvarın 8-dən tətbiq edilən ümummilli internet blokadası 11 gündür davam edir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb