AYB-yə üzvlük dayandırıldı
Azərbaycan Yazıçılar Birliyinə üzvlük dayandırılıb.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.
“Hazırda üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlər də var, qəbul olunanlar da. Qəbul komissiyası işləri 2027-ci ildə keçiriləcək AYB-nin qurultayına qədər dayandırılıb. Səbəb müraciət çoxluğudur. Üzvlük haqqını ödəməyənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilər, amma təşkilat hər zaman bu məsələdə həmişə humanist mövqe tutub”, - AYB sözçüsü söyləyib.
O əlavə edib ki, hazırda AYB-nin 2500 nəfərdən çox üzvü var: “Bir nəfər üzv üçün 15 manat illik üzvlük haqqı müəyyən edilib. Hər hansı dövr üçün üzvlük pulundan yığılan məbləğ haqda informasiya maliyyə şöbəsində olur. Bu barədə hesabat vermək mənim səlahiyyətimdə deyil. 1990-cı illərdən illik üzvlük haqqını ödəməyənlər var idi. Açıqlaya bilmirəm, lakin külli miqdarda pul idi. 2020-ci ilə qədər olan borcların hamısı silindi. 5 il ötüb, yenə ödəməyənlər var. 15 manatı verməyən, deməli, təşkilatın nizamnaməsinə hörmətlə yanaşmır. Ödəniş etməyənlərlə bağlı fevralın 1-i qəti qərar veriləcək. O vaxta qədər möhlət verilib”.
Xəyal Rza üzvlük haqqını ödəməyənlər arasında vəfat etmiş şəxslərin olması barədə iradlara da cavab verib: “Siyahımızda olan yazıçı vəfat edərsə, “vəfat etmiş üzv” kimi daim qeydiyyatda qalır. O ki qaldı vəfat edən haqda bizim qeydlərimizə, onu mərhumun ailə üzvləri məlumat verməlidir. Biz haradan bilək ki, kim nə zaman vəfat etdi? Məsələn, Amin Avey 2020-ci ildə pandemiya dövründə Almaniyada vəfat edib. Onun adının siyahıda qalması texniki xəta ilə bağlı olub”.
Sonda o qeyd edib ki, Birliyə üzvlük haqqının məbləğində artım gözlənilmir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır