Atəşkəsdən sonra Qəzzada 100-dən çox uşaq ölüb
İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs qüvvəyə mindikdən bəri Qəzza zolağında 100-dən çox uşaq öldürülüb və qışın başlamasından sonra daha bir neçə uşaq hipotermiyadan tələf olub.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatında bildirilib.
"Atəşkəsdən bəri 100 uşaq ölüb - bu, hər gün demək olar ki, 1 uşağın ölməsi deməkdir. Lakin real rəqəmlər daha da yüksəkdir", - deyə UNICEF-in Qəzzadakı nümayəndəsi Ceyms Elder Cenevrədə keçirilən BMT brifinqində bildirib.
Fondun məlumatına görə, onların hamısı İsrail qüvvələri, pilotsuz təyyarələrin zərbələri və ya mərmi qəlpələri nəticəsində öldürülüb.
"Uşaqlar həm də hipotermiyadan ölür. Təkcə son bir neçə gündə 6 uşaq ölüb", - Elder bildirib.
Elderin sözlərinə görə, 2000 uşağın hələ də tibbi təxliyəyə ehtiyacı var və bu da geridönməz sağlamlıq nəticələri və əlillik riski yaradır.
Qəzza zolağında İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs müqaviləsi 2025-ci ilin 10 oktyabrında qüvvəyə minib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, atəşkəsdən sonrakı müddət ərzində təxminən 440 nəfər ölüb, 1200-dən çox insan yaralanıb.
Noyabrın ortalarında BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında hərtərəfli nizamlama planını dəstəkləyən qətnaməni təsdiqləyib. ABŞ-ın Qəzza planı Qəzza zolağının müvəqqəti beynəlxalq idarə olunmasını və Trampın sədrliyi ilə "sülh şurası"nın yaradılmasını təklif edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır