XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Ağ Ev: ABŞ İrana hava zərbələri endirməyi düşünür

Ağ Ev: ABŞ İrana hava zərbələri endirməyi düşünür

Ağ Ev: ABŞ İrana hava zərbələri endirməyi düşünür
13-01-2026, 10:14

ABŞ-ın hava hücumları Trampın İranla bağlı nəzərdən keçirdiyi bir çox variantdan yalnız biridir, diplomatiya  isə hər zaman onun prioritetidir .

Bunu  Ağ Evin mətbuat katibi Kerolin Levit deyib.
"İran rejimindən açıq şəkildə eşitdikləriniz administrasiyanın şəxsi olaraq aldığı mesajlardan çox fərqlidir. Tramp bu mesajları öyrənməkdə maraqlıdır", -  o qeyd edib.

“Axios”un məlumatına görə, ABŞ prezidenti Donald Tramp rejimin etirazçıları öldürməsinə görə cəza olaraq İrana zərbə endirməyə meyllidir, lakin bu, onun son qərarı deyil və digər variantlar da nəzərdən keçirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.