Süni intellekt niyə pulsuzdur? - Görünməyən tərəflər
Son illər süni intellekt texnologiyalarının sürətlə yayılması və demək olar ki, hər kəs üçün pulsuz əlçatan olması diqqət çəkir.
Bəs bu qədər bahalı infrastruktur, milyardlarla dollar dəyərində serverlər və texniki xidmətlər niyə ödənişsiz təqdim olunur?
milli.az xəbər verir ki, böyük texnologiya şirkətləri bunu xeyriyyə məqsədilə etmir.
Əsas səbəblərdən biri istifadəçilərin eyni zamanda süni intellekti öyrədən işçi rolunu oynamasıdır. Süni intellektin dəqiqləşməsi, insan kimi düşünməyə yaxınlaşması üçün milyonlarla, milyardlarla insan müdaxiləsinə ehtiyac var. Əgər bu iş üçün ayrıca işçilər cəlb olunsaydı, xərclər çox olardı. Bu səbəbdən sistem pulsuz təqdim olunur ki, istənilən həcmdə məlumat və düzəliş əldə edilsin.
İkinci və daha təhlükəli məqsəd isə geri dönməz asılılıq yaratmaqdır. Tarix buna oxşar nümunələrlə doludur. Kalkulyatorun yayılması zehni hesablamanı zəiflətdi. GPS texnologiyası insanların istiqamət tapma qabiliyyətini azaltdı. İndi isə süni intellekt məntiq qurma və müstəqil düşünmə bacarığını risk altına alır.
Xəbərdarlıq edilir ki, bu proses nəzarətsiz davam edərsə, bir neçə il sonra insanlar sadə e-mail yazmaqdan tutmuş qərar verməyə qədər hər şeyi süni intellektə həvalə edə bilər. Müstəqil düşünmə qabiliyyətini itirən insan isə nə tənqid edə, nə etiraz edə, nə də sistemdən kənar düşünə bilər.
Diqqət çəkən başqa bir məqam da məlumatın müqəddəsləşdirilməsidir. Əvvəllər bir xəbərin doğruluğunu dəqiqləşdirmək üçün saatlarla araşdırma aparılırdı. Bu gün isə bir çoxları sadəcə süni intellektə sual verir və cavabı mübahisəsiz həqiqət kimi qəbul edir. Bu proses bəzi ekspertlər tərəfindən "insanın əhliləşdirilməsi" kimi xarakterizə olunur.
Rəqəmsal iqtisadiyyatda birinci olmaq rəqiblər formalaşmamışdan və dövlətlər sərt qanunlar tətbiq etməmişdən əvvəl bazarı tam ələ keçirmək üçün önəm daşıyır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır