Trampla görüşdə bunu istəyəcək
“İsrailin Baş naziri Benyamin Netanyahu bu axşam ABŞ Prezidenti Donald Tramp ilə keçirəcəyi görüşdə Vaşinqtonu İranın raket obyektlərinə zərbə endirmək üçün inandırmağa çalışacaq”.
Bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Netanyahu İranı İsrailin maraqlarına qarşı regional təhdid olaraq görməkdədir: “Bu səbəbdən, o, İsrail ordusunun zərbələri üçün icazə almaq, yaxud ABŞ Silahlı Qüvvələrinin birbaşa müdaxiləsinə nail olmaq niyyətindədir”.
Bundan başqa, İsrailin Baş naziri həmsöhbətini Qəzza sektoruna münasibətdə daha sərt mövqe tutmağa və anklavın ərazilərindən İsrail qoşunları çıxarılmazdan əvvəl HƏMAS hərəkatının bölmələrinin güc yolu ilə tərksilah edilməsinə zəmanətlər əldə etməyə inandırmağa çalışacaq.
Qəzet iddia edir ki, Netanyahunun öz məqsədlərinə çatması çətin olacaq, çünki Ağ Ev sahibi hazırda Yaxın Şərqdə gərginliyin artmasından yayınmağa və öz sülh gündəliyinin həyata keçirilməsini davam etdirməyə çalışır.
Xatırladaq ki, bu il iyunun 13-də İsrail İrana hava zərbələri endirib. Zərbə nəticəsində İranda çox sayda yüksəkrütbəli hərbçi, general, nüvə alimləri və başqa rəsmilər ölüb. On bir gün davam edən İran-İsrail müharibəsi nəticəsində İran tərəfdən rəsmi olaraq 610 nəfər, İsrail tərəfdən isə 29 nəfər həlak olub. İyunun 24-nə keçən gecə ABŞ-nin dəstəyi ilə tərəflər arasında atəşkəs əldə edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır