Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
Hazırda Moskvada yaşayan Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd tibb sahəsində fəaliyyətinə geri dönmək qərarına gəlib.
“Bu barədə məlumatı “The Guardian”a Əsəd ailəsinə yaxın mənbə açıqlayıb.
Bildirilib ki, əvvəllər də tibb sahəsində təhsil almış siyasətçi oftalmologiya üzrə biliklərini dərinləşdirməyə başlayıb.
Mənbə hesab edir ki, Bəşər Əsəd gələcəkdə Moskvanın elit təbəqəsini müalicə etmək niyyətindədir.
Bununla yanaşı, 60 yaşlı keçmiş prezidentin rus dilini öyrəndiyi də vurğulanıb.
“Eks-siyasətçinin pula ehtiyacı yoxdur və bütün bunları sırf özü üçün edir. Çünki o, sərvətinin bir hissəsini özü ilə Rusiyaya apara bilib”, - məlumatda qeyd olunub.
Eyni zamanda, ailənin Moskvanın qərbində prestijli Rublyovka yaşayış məntəqəsində “sakit və dəbdəbəli” həyat sürdüyü bildirilib.
Xatırladaq ki, 2024-cü ilin sonunda Suriyada müxalif qüvvələrin hücuma keçməsindən sonra Bəşər Əsəd istefa verərək ailəsi ilə birlikdə ölkəni tərk edib. Bunun ardınca, Rusiya Əsəd və ailəsinə sığınacaq verib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır