Əkrəm İmamoğlunun məhkəmə qarşısına çıxarılacağı tarix məlum olub
İstanbul Böyük şəhər Bələdiyyəsinə qarşı aparılan “korrupsiya” istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, ittiham edilən 402 nəfərin məhkəmə qarşısına çıxacağı tarix müəyyənləşib.
İstanbul 40-cı Ağır Cəza Məhkəməsinin qərarına əsasən, məhkəmə baxışı 9 mart 2026-cı il tarixində Mərmərə Cəza İnfaz Müəssisələri Kompleksində yerləşən məhkəmə zalında başlayacaq.
Məlumata görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən İstanbul Böyük şəhər Bələdiyyəsinə dair “korrupsiya” işi üzrə ittiham aktı hazırlanıb və sənəddə 105-i həbsdə olmaqla 402 şübhəli yer alıb. Hazırlanan ittiham aktı İstanbul 40-cı Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
İttiham aktında Əkrəm İmamoğluna 142 hal üzrə ittiham irəli sürülüb. Prokurorluq onun 828 il 2 aydan 2 352 ilədək azadlıqdan məhrum edilməsini tələb edir.
Sənəddə İmamoğluna qarşı “cinayət törətmək məqsədilə təşkilat yaratma və rəhbərlik etmə”, “rüşvət”, “cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması”, “dövlət qurumlarına ziyan vurmaqla dələduzluq” başda olmaqla çoxsaylı maddələr üzrə ittihamlar yer alır. Həmçinin şəxsi məlumatların qanunsuz toplanması və yayılması, sübutların gizlədilməsi, rabitənin qarşısının alınması, dövlət əmlakına ziyan vurulması, tenderlərə müdaxilə, ekoloji və vergi qanunvericiliyinin pozulması kimi əməllər də ittihamlar sırasındadır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır