Ərdoğan və Putin Cənubi Qafqazda sülh prosesini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin Aşqabadda görüş zamanı müzakirə etdikləri məsələlər açıqlanıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin görüşlə bağlı məlumatında deyilir ki, prezidentlər Türkiyə–Rusiya münasibətləri, Rusiya–Ukrayna müharibəsində sülh səyləri və Aİ-nin Rusiya aktivlərinin dondurması kimi məsələləri müzakirə ediblər.
Ərdoğan müharibənin ədalətli və davamlı sülhlə bitməsi üçün göstərilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb və enerji obyektləri ilə limanları əhatə edən məhdud atəşkəsin faydalı ola biləcəyini bildirib.
Türkiyənin sülh prosesini yaxından izlədiyi və istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazır olduğu qeyd olunub.
Görüşdə həmçinin Fələstin və Suriyadakı son hadisələr, eləcə də Cənubi Qafqazda sülh prosesi müzakirə olunub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır