Tramp: Kiyevə bir qəpik də xərcləmirik, heç birinin əlində kartı yoxdur
"Ukraynaya biz bir qəpik də xərcləmirik... Onlar bizi Baydenin dövründə olduğu kimi qarət etmirlər. Bayden əlimizdə olan hər şeyi, raketləri, istədikləri hər şeyi pulsuz, heç bir təzminat olmadan verdi".
Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Ukrayna ilə Rusiya arasında sülh sazişinə toxunan Tramp bəyan edib ki, heç bir tərəfin müharibəni davam etdirmək üçün kartı yoxdur.
"Bilirsiniz, mən dedim ki, onların (Ukraynanın-red) kartları yoxdur. Həqiqətən də heç kimin kartları yoxdur. Rusiyanın da kartları yoxdur... Sizə lazım olan şey razılaşmaq və qətli dayandırmaqdır. Bu mənasız müharibədir və biz onu dayandıracağıq", - Tramp vurğulayıb.
Tramp hesab edir ki, həmin vaxt nizamlanma üçün daha yaxşı vaxtdır. “Amma onlar öz müdrikliyi ilə qərara gəldilər ki, bundan imtina etsinlər. İndi onların əleyhinə çoxlu faktorlar var", - Tramp deyib.
Qeyd edək ki, Tramp bunu 2025-ci ilin fevralın 28-də Prezident Vladimir Zelenski ilə Oval kabinetdə keçirilən gərgin görüşdəki kartlardan danışıb. Trampın bu təklifinə cavab olaraq Zelenski deyib: “Mən bura kart oynamaq üçün gəlməmişəm”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır