İqnalina Atom Elektrik Stansiyasında baş verən insidentlə bağlı Litva rəsmi cavab verib
Belarus Fövqəladə Hallar Nazirliyi sökülməkdə olan İqnalina Atom Elektrik Stansiyasının ərazisində baş verən insidentlə bağlı sorğuya Litva tərəfindən cavab alıb.
Bu barədə qurumun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, bildirişdə deyilib ki, radioaktiv tullantıların ilkin emalı kompleksinin havanın filtrasiya bloku daxilində qum-təmizləmə qurğusunda yanğın baş verib. Yanğın söndürülüb, xəsarət alan olmayıb, radioaktiv materialların xaricə sızması baş verməyib.
“Hadisə MAQATE-nin Beynəlxalq Nüvə və Radioloji Hadisələr Şkalasına görə ilkin olaraq şkaladan aşağı səviyyə kimi təsnif edilir. Xarici yardıma ehtiyac duyulmayıb,” – deyə mətbuat xidməti əlavə edib.
Qeyd edək ki, İqnalina AES-də yanğın çərşənbə axşamı baş verib və operativ şəkildə söndürülüb. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Belarus Xarici İşlər Nazirliyi isə Litva tərəfini baş verən hadisə ilə bağlı tam məlumatı dərhal təqdim etməyə çağırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır