Ermənistan prezidenti: "Azərbaycanla sülh o zaman gələcək ki..."
Ermənistan və Azərbaycan arasında yekun sülhə nail olmaq üçün iki ölkə və xalqlar arasında qarşılıqlı etimad mühitinin yaradılması çox vacibdir.
Bu barədə Ermənistan prezidenti Vaaqn Xaçatryan bildirib.
"Sülh o zaman gələcək ki, iki ölkə və xalqlar arasında qarşılıqlı etimad bərpa olunsun. Bu, zaman məsələsidir. Biz siyasi liderlər olaraq belə vəziyyətə nail olmaq üçün həqiqətən siyasi prosesi və hüquqi bazanı təmin etməliyik", - Xaçatryan deyib.
O qeyd edib ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığından ikitərəfli hüquqi proses artıq qurulub və bu prosesin yekun kulminasiya nöqtəsi hər iki ölkənin vətəndaşları və xalqlarının öz daxilində mövcud olan çətinlikləri dəf edə bildiyi an olacaq.
"Bunun nə vaxt olacağını heç kim deyə bilməz. Təbii ki, biz bunun tez bir zamanda baş verməsini istərdik, amma iki ölkənin hakimiyyəti sadəcə olaraq əlverişli şərait yaratmalı, mümkün qədər çox təmas üçün imkan yaratmalı və bir ölkədə narazı insanların ola biləcəyindən qorxmamalıdır. Etiraf edirəm ki, bunun reallığa çevrilmə ehtimalı yüksəkdir”, - Ermənistan prezidenti vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır