XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Suriya Mərkəzi Bankı 14 ildən sonra SVİFT-ə qoşuldu

Suriya Mərkəzi Bankı 14 ildən sonra SVİFT-ə qoşuldu

Suriya Mərkəzi Bankı 14 ildən sonra SVİFT-ə qoşuldu
21-11-2025, 10:09

Suriya Mərkəzi Bankının rəhbəri Abdel Kader əl-Husriyyə 14 illik fasilədən sonra SVİFT ödəniş sistemi ilə ilk mesajını göndərib.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, əl-Hüsriyyə Nyu-York Federal Ehtiyat Bankından başlayaraq bütün banklara mesaj göndərib.

Qeyd edək ki, 20 oktyabrda Suriya Mərkəzi Bankının rəhbəri ABŞ-a səfəri zamanı ölkənin bank sektorunun SVİFT sisteminə yenidən qoşulduğunu elan edib.(axar.az)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.