Avropa İttifaqı Gürcüstanla müzakirələri ləğv etdi – Baş nazir hiddətləndi
Brüsselin 21 noyabrda keçirilməsi planlaşdırılan Aİ-Gürcüstan insan haqları görüşünü təxirə salmaq qərarı mübahisəli məsələlər üzrə dialoqdan yayınmaq cəhdidir.
Gürcüstanın Baş nazir İrakli Kobaxidze bu fikirdədir. O, bu barədə “İmedi” televiziyasına danışıb: “Biz bu görüş üçün nümayəndə heyətimizin tərkibini əvvəlcədən Avropa bürokratiyasına təqdim etdik, amma burada da aydın oldu ki, Brüssel bizimlə müzakirələrdən yayınır. Bildiyimiz qədəri ilə səbəb nümayəndə heyətimizdə guya Aİ sanksiyaları altında olan bir şəxsin olması idi”.
O qeyd edib ki, Aİ bu şəxsə heç bir məhdudiyyət qoymayıb, lakin sanksiya Estoniya Xarici İşlər Nazirliyi tərəfindən tətbiq edilib.
Gürcüstan mediasının məlumatına görə, Brüsselin görüşü ləğv etməsi Gürcüstan nümayəndə heyətinin tərkibində bir neçə ay əvvəl Estoniya Xarici İşlər Nazirliyi tərəfindən sanksiya tətbiq edilən və Estoniyaya səfəri qadağan olunan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidzenin olması ilə bağlıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır