Tətil üçün Türkiyəyə gedən ailənin bütün üzvləri hoteldə müəmmalı şəkildə öldü - FOTO
Tətil üçün 9 noyabrda Almaniyadan Türkiyəyə yollanan Böcek ailəsinin bütün üzvləri naməlum səbəbdən ölüb.
Hadisə 14 noyabrda baş verib.
Belə ki, Böcək ailəsinin üzvləri zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Ailənin 3 üzvü - Masal (3 yaş), Muhammet Kadir (6 yaş) 12 noyabrda, anaları Çiğdem Böcek isə 14 noyabrda vəfat edib.
17 noyabrda isə ailənin sonuncu üzvü ata Servet Böcek ölüb.
Baş vermiş ölümlərə görə ilk olaraq ailənin yemək yediyi midye, kokoreç, lokum satan şəxslər və kafe sahibi olmaqla 11 nəfər saxlanılıb, onlardan 4-ü həmin gün həbs edilib.
Aparılan tibbi ekspertiza nəticəsində ölüm səbəbini müəyyən etmək mümkün olmayıb.
İstanbul Baş Prokurorluğu tərəfindən Böcek ailəsinin ölümü ilə bağlı başladılan istintaq davam edir.
Ailənin Fatih ərazisində qaldığı hoteldə 2 turist də 15 noyabrda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi üzə çıxıb. Eyni otaqda qalan və xəstələri müşayiət edən üçüncü şəxs ürək döyüntüsünün aşağı olması səbəbindən müayinə üçün xəstəxanaya yerləşdirilib. Polisin araşdırmasından sonra hotel bağlanıb.
İstintaq hotel sahibi və obyektdə dərmanlama işləri görən şəxslər də saxlanılıb. İstintaq orqanları hotelin dərmanlanmasında istifadə edilən kimyəci materialları araşdırır.
Dərmanlamada istifadə edilən bəzi maddələrin kənd təsərrüfatında istifadə edilən və insan sağlamlığı üçün zərərli maddələr olması şübhəsi də araşdıılır.
Otelin meneceri Orhan Oğlak verdiyi açıqlamada müştərilərə sudan başqa heç bir qida verilmədiyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Böcek ailəsinin müəmmalı ölümü ilə bağlı danışıb. O, Nazirlər Kabinetinin iclasından sonra hadisənin detallı araşdırıldığını söyləyib.
"İstintaq çoxşaxəlidir. Hadisənin səbəbi polis və prokurorluq tərəfindən aparılan araşdırmalardan sonra məlum olacaq. Ölümlərin səbəbi açıqlanacaq. Hər hansı bir problem, məsələ və ya qayda pozuntusu aşkar etdikdə, kimsənin gözünün yaşına baxmayacaqğıq.
Daha çox pul qazanmaq üçün xalqımızın sağlamlığını təhlükəyə atanlara qarşı mübarizəmiz mütləq davam edəcək, - deyə o əlavə edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır