Təyyarənin “qara qutu”ları açıldı
Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”larının analizi bu həftə tamamlanacaq.
Bu barədə hökumətə yaxın tanınmış köşə yazarı Abdulkadir Selvi “Hürriyet” qəzetinə bildirib.
Onun sözlərinə görə, istintaq çərçivəsində “qara qutu”da qeydə alınmış 180 texniki parametr araşdırılır. Analizin həftənin sonuna qədər başa çatdırılması gözlənilir.
Abdulkadir Selvinin qeyd etdiyinə görə, qəza yerindən əldə edilən ilkin məlumatlar xarici müdaxilə ehtimalının son dərəcə aşağı olduğunu göstərir. “Lakin hər bir versiya kimi bu ehtimal da nəzərdən keçirilir”, - o əlavə edib.
Ankarada TUSAŞ müəssisəsində xüsusi texniki qrup artıq qutuların açılması və məlumatların deşifrə olunması prosesinə başlayıb. Məlumata görə birinci “qara qutu” pilotların öz aralarında və dispetçerlə danışıqlarını, həmçinin təyyarənin düşmə anının audioyazılarını əks etdirir. İkinci “qara qutu” isə bort sistemlərinin fəaliyyətini qeydə alır və hazırda məhz bu mexanizmlərin məlumatları təhlil olunur.
Xatırladaq ki, 11 noyabr 2025-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi Gəncə beynəlxalq hava limanından qalxaraq Türkiyənin Erkilet aviabazasına uçarkən havada parçalanıb və Gürcüstan ərazisində, Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb. Hadisə nəticəsində bortdakı 20 nəfərin hamısı həlak olub./Ajans.az/

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır