ABŞ-də super peyvənd xərçəngin yayılmasını dayandırdı
ABŞ-də aparılan yeni araşdırma xərçənglə mübarizədə ümidverici nəticə göstərib.
Massaçusets Amherst Universitetinin alimləri siçanlar üzərində sınaqdan keçirilən “nanohissəcik əsaslı super peyvənd”in şişlərin böyüməsini və yayılmasını tamamilə bloklaya bildiyini açıqlayıblar. Məlum olub ki, peyvəndlənən siçanların 80 faizdən çoxu melanomadan tam qorunub və ağciyərlərə metastaz tamamilə dayanıb.
Tədqiqatçılar xüsusi lipid nanopartikullarından ibarət yeni köməkçi maddə hazırlayıblar. Bu struktur immun sisteminin xərçəng hüceyrələrini daha dəqiq tanımasına və sürətlə məhv etməsinə imkan verib. İkinci mərhələdə mədəaltı vəzi, döş xərçəngi və melanoma üzrə testlər də yüksək nəticə göstərib: şişlərin rədd edilməsi 69–88 faiz arasında dəyişib və siçanlarda yayılma müşahidə olunmayıb.
Araşdırma "Cell Reports Medicine" jurnalında dərc olunub. Mütəxəssislər bildirirlər ki, insan sınaqları hələ başlamayıb, lakin bu platforma gələcəkdə bir çox xərçəng növünə qarşı universal peyvənd kimi istifadə oluna bilər. Alimlərə görə, klinik sınaqlar uğurlu olarsa, bu texnologiya xərçəngin bədəndə yayılmasının qarşısını alan ilk effektiv müalicə üsullarından birinə çevrilə bilər. (E-saglam.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır