Tramp-BBC qalmaqalı: Üzr istəyirik, amma 1 milyardı verməyəcəyik
BBC ABŞ prezidenti Donald Trampdan redaktə edilmiş çıxışına görə üzr istəyib, lakin onun 1 milyard dollar təzminat tələbini rədd edib.
Bu barədə BBC məlumat yayıb.
BBC Trampın çıxışının redaktə olunduğunu etiraf edib.
“Biz etiraf edirik ki, redaktəmiz istər-istəməz fərqli anlardan olan kliplər deyil, nitqin vahid, davamlı bölməsini göstərdiyimiz görüntüsü yaratdı və bu, Prezident Trampın birbaşa zorakı hərəkətlərə çağırdığı barədə yanlış təəssürat yaratdı”, - bəyanatda deyilir.
“Düzəlişlər və aydınlaşdırmalar” bölməsində yerləşdirilmiş üzrxahlıqla yanaşı, BBC proqramı efirdən çıxarıb.
BBC korporasiyanın rəhbəri Samir Şahdan Ağ Evə ayrıca üzrxahlıq məktubu göndərdiklərini də açıqlayıb.
BBC ABŞ prezidentinin bir milyard dollar təzminat tələbini rədd etməsinin səbəblərini də təqdim edib: "Proqram ABŞ-da yayımlanmayıb, sənədli film Trampa ziyan vurmayıb, montaj pis niyyətli olmayıb, video bir saatlıq proqramın yalnız qısa bir hissəsi olub və siyasi bəyanatlar ABŞ-ın söz azadlığı qanunları ilə qorunur".
Qeyd edək ki, Ağ Ev rəhbərinin vəkilləri korporasiyanı prezidentin yalan təəssürat yaradan çıxışının redaktəsi ilə bağlı 1 milyard dollarlıq iddia ilə hədələyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır