Pentaqon: Əməliyyata başladıq
ABŞ Müdafiə Nazirliyi Qərb yarımkürəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədi daşıyan “Cənub nizəsi” (Southern Spear) əməliyyatının başladığını elan edib.
Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset X sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün mən “Cənub nizəsi” əməliyyatını elan edirəm. Birgə Əməliyyat Qrupu “Cənub nizəsi” və ABŞ Cənub Komandanlığının rəhbərlik etdiyi bu missiya vətənimizi müdafiə edəcək, narko-terrorçuları yarımkürəmizdən çıxaracaq və millətimizi xalqımızı öldürən narkotiklərdən qoruyacaq. Qərb yarımkürəsi Amerikanın ərazisidir və biz onu müdafiə edəcəyik", - amerikalı nazir Heqset sosial mediada yazıb.
Qeyd edək ki, Amerikanın “CBS News” telekanalının verdiyi xəbərə görə, hərbi rəsmilər Ağ Evdə ABŞ prezidenti Trampla görüş keçirib.
Venesuela ilə bağlı son vəziyyətin müzakirə edildiyi və bu ölkənin ərazisinə hücum da daxil olmaqla bütün yenilənmiş hərbi variantların Trampa çatdırıldığı görüşdə Karib regionu üçün təhlükəsizlik addımları müzakirə edilib.
Telekanalın məlumatına görə, görüşdə ABŞ-ın hərbi naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Lakin Venesuela ilə bağlı yekun qərar verilməyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır