Zelenski: “Putin Avropanı qorxutmaq üçün məqsədli kampaniya başladıb”
Ukrayna Prezidenti Zelenski “Bloomberg”ə müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin son aylarda Avropanı psixoloji təzyiq altında saxlamaq üçün məqsədyönlü qorxutma kampaniyasına start verib.
, Zelenskiyə görə, NATO hava məkanına PUA-ların və hərbi təyyarələrin son müdaxilələri bunun açıq sübutudur. Bu addımlar nəticəsində bəzi Avropa ölkələrinin liderləri Ukraynaya əlavə Hava Hücumundan Müdafiə sistemləri göndərməkdə tərəddüd etməyə başlayıb.
Prezidentin sözlərinə görə, Putin məhz bunu hədəfləyirdi:
“Düşünürəm ki, o, onları qorxutdu. Bu, onun məqsədi idi və buna nail oldu. Bu, psixoloji qorxutma idi, buna heç bir şübhə yoxdur,” — deyə Zelenski vurğulayıb.
Ekspertlər hesab edirlər ki, Kreml Avropadakı siyasi zəiflikləri maksimum dərəcədə istifadə etməyə çalışır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır