“Dedi ki, sənə Azərbaycandan çay almışam...” - Şəhid atası
“Oğlum mənə dedi ki, “ata, sən çayı sevirsən, sənə Azərbaycandan çay almışam...”
“TRT Haber” xəbər verir ki, bu sözləri Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı hərbçi Berkay Karacanın atası Nedim Karaca bildirib.
O, qəzadan bir gün əvvəl oğlu ilə telefonla danışdığını deyib: “Bizə Azərbaycandan hədiyyə aldığını söyləmişdi. Dedi ki, bir qrup getdi, daha sonra biz də gələcəyik. Amma gələ bilmədi...”
Təqaüddə olan hərbçi N.Karaca oğlunun uşaqlıqdan hərbçi kimi xidmət etmək arzusunda olduğunu bildirib: “Övladım öz işini çox sevirdi. 8 ildir xidmət edirdi. Bu il yer dəyişikliyi edəcəkdi. Deyirdi ki, “ata, təyinat istəyəcəyəm, sənə yaxın Bandırmaya gələcəyəm”. Amma gələ bilmədi. Oğlumun toyunu etmək əvəzinə cənazə hazırlıqlarını görürəm.
Oğlum anasına “ana, mən şəhid olacağam, sən də Vətən sağ olsun deyəcəksən, mətanətli, dik duracaqsan” deyib. Vətən sağ olsun!”
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır