Rusiyadan Ermənistanla dəmir yolu əlaqəsinin qurulmasına - Münasibət
“Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə dəmir yolu əlaqəsinin qurulmasını alqışlayırıq”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
“Ermənistan müstəqillik qazandığı andan etibarən ölkələrimiz arasında ilk dəfə birbaşa dəmir yolu əlaqəsi həyata keçirilir. Bu hadisə Cənubi Qafqazda sülhün qurulmasına real, böyük töhfədir, regional sabitlik və regionun bütün ölkələrinin iqtisadi inkişafı naminə gördüyümüz işin sübutudur”, - Overçuk bildirib.
Rusiya Baş nazirinin müavininin sözlərinə görə, bu yolla gedən ilk yükün buğda olması simvolik məna kəsb edir.
“Buğda həyatın və yaradılışın ən mühüm rəmzlərindən biridir, bu da bir daha Cənubi Qafqazda sülhün qurulmasına olan meyli, qarşıdurmadan əməkdaşlığa keçidi vurğulayır”, - Overçuk qeyd edib.
O, Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası istiqamətində görülən işə görə Gürcüstana, həmçinin Ermənistan və Azərbaycandakı həmkarlarına təşəkkür edib.
“Həmkarlarıma - Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevə və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryana Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası üzrə birgə işə, həmçinin Gürcüstana bu marşrut üzrə daşımaların təşkilində konstruktiv iştirakına görə təşəkkür etmək istəyirəm”, - A.Overçuk bildirib.
Xatırladaq ki, ötən gün Rusiyanın Dəmir Yolları Şirkəti Azərbaycan ərazisindən keçməklə Ermənistana buğdanın yeni partiyasının göndərilməsini təşkil edib. Məlumata görə, 2026-cı ilin yanvar ayının sonuna qədər bu marşrut üzrə daha 132 vaqon buğda göndərilməsi planlaşdırılır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır