Suriyadan ABŞ-yə 58 il sonra prezident səviyyəsində ilk səfər gerçəkləşib
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edib.
Bu, 1967-ci ildən bəri Suriyadan ABŞ-yə prezident səviyyəsində ilk rəsmi səfərdir.
Məlumata görə, Əl Şaraa dörd nazirin müşayiəti ilə səfər edir. Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpası, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışı məsələlərinin müzakirəsi üçün imkan yaradacaq.
24 sentyabrda Əl Şaraa BMT Baş Assambleyasının tribunasından çıxış edəcək. "CBS News" kanalının Ağ Evdəki müxbiri Cennifer Ceykobs bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə Suriya lideri arasında sessiya çərçivəsində görüş planlaşdırılır.
14 mayda Tramp Əl Şaraa ilə Ər-Riyadda danışıqlar aparıb. ABŞ lideri bəyan edib ki, Vaşinqton Dəməşqə qarşı onillər ərzində tətbiq olunmuş sanksiyaların ləğvinə başlayacaq. 1 iyulda o, Suriyaya qarşı birtərəfli sanksiya rejiminin ləğvi ilə bağlı fərman imzalayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır