XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb
17-09-2025, 13:34

Moskva və Vaşinqton Kiyevin hərəkətlərini, o cümlədən kanonik Ukrayna Pravoslav Kilsəsinə qadağanı müzakirə edib.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranı ilə bağlı keçirilən dəyirmi masada bildirib.

Lavrov Ukrayna hakimiyyətinin ABŞ-ın münaqişənin həlli kursunu pozmağa çalışdığını və Qərb ölkələrinin bu yanaşmanın həyata keçirilməsinə mane olduğunu qeyd edib.

Lavrov həmçinin BMT-ni Kiyevə mahiyyətcə haqq qazandırmaqda və onun hərəkətlərinə göz yummaqda da ittiham edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.