XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Zelenski: Heç bir şərt olmadan Tramp və Putinlə görüşə hazıram

Zelenski: Heç bir şərt olmadan Tramp və Putinlə görüşə hazıram

Zelenski: Heç bir şərt olmadan Tramp və Putinlə görüşə hazıram
17-09-2025, 09:30

Ukrayna lideri Volodimir Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya gedə bilməz, çünki bu, Ukraynaya hücum edən ölkənin paytaxtıdır.

Dövlət başçısı bu barədə "Sky News"a müsahibəsində deyib.

Eyni zamanda o, heç bir ilkin şərt olmadan Amerika lideri Donald Tramp və Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.

Bundan əlavə, Zelenskinin sözlərinə görə, Avropa və ABŞ və Rusiya ilə gələcək münasibətləri haqqında düşünməyi dayandırmalı və daha çox Ukrayna haqqında düşünməlidirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.