XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Konqresmen Rusiya ilə ticarəti məhdudlaşdıran qanun layihəsini təqdim edib

Konqresmen Rusiya ilə ticarəti məhdudlaşdıran qanun layihəsini təqdim edib

Konqresmen Rusiya ilə ticarəti məhdudlaşdıran qanun layihəsini təqdim edib
11-09-2025, 11:00

ABŞ Konqresinin üzvü, Cənubi Karolina ştatından respublikaçı Co Uilson bildirib ki, Rusiya ilə ikitərəfli ticarəti məhdudlaşdıran Cekson-Venik düzəlişinin qüvvəyə minməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

Bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Qanunverici vurğulayıb ki, həmin düzəlişin ləğv olunmasını düzgün qərar hesab etmir. Konqresmen qeyd edib ki, o bu təklifi Rusiya PUA-larının Polşa sərhəddini pozmasından sonra verib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.