Türkiyə Suriyada hərbi akademiya qurur: hərbçilərə təlim keçəcək
Türkiyə ilə Suriya keçid hökuməti arasında imzalanan razılaşma əsasında Ankaranın Suriyada hərbi hazırlıq prosesinə başladığı bildirilir.
Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Məlumata görə, ilkin mərhələdə Suriya xüsusi təyinatlıları təlim keçəcək, daha sonra isə proqram bütün orduya şamil olunacaq. Bundan əlavə, Türkiyə Suriyada hərbi akademiya açmağı planlaşdırır. Bu model daha əvvəl Somalidə və Liviyada tətbiq olunub.
Mənbələrin məlumatına görə, Ankara Suriyaya dəstəyini yalnız təlimlə məhdudlaşdırmır. Əgər kürd silahlı dəstələri YPG və onların əsasını təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” 10 mart razılaşmalarına əməl etməsələr, Türkiyə Suriya hökumətini dəstəkləməyə hazırdır.
Bildirilir ki, əsas əməliyyatları Suriya tərəfi həyata keçirə bilər, Türkiyə isə kəşfiyyat, pilotsuz uçuş aparatları və artilleriya ilə dəstək verəcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır