XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Avropa İttifaqına sığınacaq üçün müraciət edən suriyalıların sayı azalıb

Avropa İttifaqına sığınacaq üçün müraciət edən suriyalıların sayı azalıb

Avropa İttifaqına sığınacaq üçün müraciət edən suriyalıların sayı azalıb
8-09-2025, 10:23

Bu ilin ilk altı ayında Avropa İttifaqında (Aİ) sığınacaq üçün müraciətlərin sayı 23 % azalıb. Buna səbəb suriyalıların sayının əhəmiyyətli dərəcədə azalması olub.

Bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi (EUAA) bildirib.

Agentliyin məlumatına görə, suriyalılar Aİ-nin 27 ölkəsində, həmçinin İsveçrə və Norveçdə 25 minə yaxın sığınacaq üçün müraciət edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66 % azdır.

Buna səbəb kimi 2024-cü ilin dekabrında Suriya hökumətinin dəyişməsi göstərilir.

"Yeni Suriya hakimiyyəti bərpanın tərəfdarı olduğu üçün bir çox suriyalı evlərinə qayıtmağa daha çox ümid edir", - EUAA-nın hesabatında bildirilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.