NATO baş katibi: Rusiya Avropaya hücuma hazırlaşır
NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Rusiya ordusunu kütləvi şəkildə gücləndirir.
"Hazırda Rusiya ordusunda böyük mobilizasiya prosesi gedir. Bu, təkcə Moskvadakı paradlarda nümayiş etdirmək üçün deyil, həm də istifadə üçündür. Hazırda Ukraynada ondan istifadə edirlər və başqa yerlərdə də istifadə edə bilərlər".
Bunu NATO baş karibi Marko Rutte bəyan edib.
Rutte Rusiyanın Avropa ölkələrinə hücum etməsini də istisna etməyib.
NATO baş katibi bildirib ki, bunun üçün də Avropa hazırda ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ukraynada müharibəni bitirməyə çalışırıq. “Trampın əsas prioriteti Ukraynadakı müharibəyə son verməkdir. Bu məqəsdlə də hazırda iki məsələ üzərində işləyirik. Birincisi, iki lideri bir araya gətirmək və onları otuzdurub müharibəni necə bitirmək barədə müzakirəyə başlamaqdır. İkincisi, Avropa və ABŞ-ın iştirakı ilə uzunmüddətli atəşkəs və ya tam sülh razılaşması barədə razılığa gəlməkdir”, - o qeyd edib.
Rutte əlavə edib ki, biz eyni zamanda rusların yenidən təhlükəsizliyin təminatlarını müzakirə etməsinin qarşısını necə almağı düşünür və onu müzakirə edirik.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır