Duqindən azərbaycanlılara qarşı təhqiramiz bəyanat: "Toksik miqrantdırlar"
Rus filosof və politoloq Aleksandr Duqin miqrantlar barədə qalmaqallı açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, Rusiyada yaşayan miqrantlardan bəziləri cəmiyyət üçün “ən çox toksik” qruplar hesab edilə bilər.
Duqin xüsusilə azərbaycanlıları, tacikləri və özbəkləri bu siyahıya daxil edib.
Politoloq bildirib ki, əgər hər hansı bir miqrant rus vətəndaşlarına qarşı aqressiya göstərirsə, o, artıq cinayətkar sayılmalıdır. Onun fikrincə, Rusiyada qalmaq üçün yeganə yol assimilyasiya və ölkənin mədəni kodunu qəbul etməkdir:
“Kimlər ki, pravoslavlığı qəbul edir, Rusiyanın dəyərlərini bölüşür və onu müdafiə etməyə hazırdır, onlar artıq miqrant olmaqdan çıxır və rus xalqının bir hissəsinə çevrilir”.
Duqin əlavə edib ki, burada söhbət irqi mənsubiyyətdən deyil, mədəni və mənəvi inteqrasiyadan gedir:
“Bizim dəyərlərimizi bölüşən və onlarla yaşamağa hazır olan hər kəs Rusiya cəmiyyətinə qəbul oluna bilər”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır